Amerikalı qadın qəzadan möcüzəvi şəkildə sağ qaldıqdan sonra zirvələri fəth etməyə qərar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeddi uşaq anası olan qadın yeddi dağ zirvəsi üzrə rekordçu olub.
O, alpinizm üzrə üçüncü dünya rekordunu qırıb.
Cenn Drummon, yeddi qitənin hər birində ikinci ən yüksək dağa dırmaşaraq planetdə yalnız iki insandan biri olub və bununla da tarix yazıb.
Amerikalı qadın aşağıdakı zirvələri uğurla fəth edib:
Asiyada K2, Cənubi Amerikada Ojos del Salado, Şimali Amerikada Loqan, Avropada Dykh-Tau, Afrikada Keniya, Antarktidada Tire və Avstraliya-Okeaniyada Sumantra.
Üstəlik, Cenn Drummon daha iki dünya rekordu vuraraq Taira dağına çıxan ikinci qadın, həmçinin K2 zirvəsinə çıxan üçüncü amerikalı qadın olub.
Qeyd edilir ki, 2018-ci ildə Jenn Drummon möcüzəvi şəkildə avtomobil qəzasından sağ çıxıb və o vaxtdan bəri həyatı tam şəkildə yaşamağa qərar verib.
İndi məqsədinə çatdıqdan sonra Cenn uşaqları ilə vaxt keçirməklə yanaşı, ekspedisiyadan aldığı dərsləri bölüşən kitab yazmağı planlaşdırır.