58 ildir, hər gün 20 stəkan çay içir
23 sentyabr 2022 15:41 (UTC +04:00)

58 ildir, hər gün 20 stəkan çay içir

Türkiyədə 65 yaşlı kişinin açıqlaması eşidənlərin marağına səbəb olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, Əskişəhərli İbrahim Yüksel 58 ildir hər gün ən azı 20 stəkan çay içdiyini deyib. Çay düşkününün sözlərinə görə, onun səhhətində problemlərin olmaması məhz bununla əlaqədardır.

İbrahim Yüksel uzun illər əvvəldən gündə 20 stəkan çay içməyi vərdiş etdiyini də dilə gətirib.

Qeyd edək ki, ABŞ alimləri 2006-2010-cu illərdə 500 min arasında çayla bağlı eksperiment aparıb. Nəticədə çay düşkünlərinin ölüm faizinin az çay içənlərə nisbətən daha az olduğunu sübut ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar