İl-14
18 iyun 2022 00:30 (UTC +04:00)

İl-14

56 il əvvəl baş verən qəzanın TARİXÇƏSİ

AZƏRBAYCANDA AVİAQƏZALAR SİLSİLƏSİNDƏN 8-Cİ YAZI

23 aprel 1966-cı il, Bakı.

Bakıda şiddətli külək və yağış var, 10 addım qabağı görmək mümkün deyil.

Lent.az-ın xəbərinə görə, belə hava şəraitində saat 07.42-də Bakı-Saratov reysi ilə uçan İl-14 tipli təyyarə Binə aeroportundan havaya qalxır. Təyyarə yerdən aralandıqdan sonra pilot sol mühərrikdə problem olduğunu deyərək geri qayıtmağa qərar verir. 07.59-da hər 2 mühərrikin kəskin soyuması barədə məruzə edilir. 08.02-də komandir 200 metr yüksəkdə olduğunu bildirir. Məlum olur ki, dumana görə pilotlar aeroportu görməyərək uçuş zolağında yan keçərək dənizin üstü ilə uçurlar. 5 saniyə sonra təyyarədən SOS siqnalı gəlir: “suya enirik”. Əlaqə kəsilir.

Sovet ordusunun Xəzərdəki hərbi gəmiləri dərhal həyəcan siqnalı ilə qaldırılır. Axtarışlar heç bir fayda vermədiyi üçün əməliyyat 3 gün sonra dayandırılır. Xəzər dənizi 5 ekipaj üzvü və 28 sərnişin olmaqla 33 nəfərə məzar olur. 

Hadisədən 6 ay sonra hərbi gəmilər təyyarənin qalıqlarını təsadüfən Böyük Zirə adasından 20 km cənubda 23 metr dərinlikdə tapır. Təyyarə sahilə çıxarılsa da, mühərriklərin dayanmasının səbəblərini müəyyən etmək mümkün olmur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8262
avatar

Oxşar yazılar