55 ildir yaşadığı ölkənin  vətəndaşı OLMADIĞINI öyrəndi: İŞDƏN QOVULDU
30 may 2024 17:36 (UTC +04:00)

55 ildir yaşadığı ölkənin vətəndaşı OLMADIĞINI öyrəndi: İŞDƏN QOVULDU

Qlenn Keok Avstraliyada anadan olub, lakin iki həftə əvvəl 1991-ci ildən Avstraliya vətəndaşı olmadığını öyrənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qlenn Keoq Daxili İşlər Nazirliyi tərəfindən 20 ildən çox əvvəl ləğv edilmiş qanuna görə Avstraliya vətəndaşlığı və vizası olmadığı barədə məlumatlandırılıb.

İki uşaq atası Keoq maaş almadan işdən çıxarılıb:

"Mən artıq avstraliyalı deyiləm və yəqin ki, son 33 ildə Avstraliya vətəndaşı olmamışam".

Keoqun nənə və babası irland idi və o, 22 yaşında İrlandiya vətəndaşlığını almağa qərar verib. O bilmirdi ki, bu, avtomatik olaraq İrlandiya vətəndaşlığı üçün müraciət kimi qəbul ediləcək və ya daha da əhəmiyyətlisi, nəticədə Avstraliya vətəndaşlığını itirəcək.

1948-ci il Avstraliya Vətəndaşlıq Aktının 17-ci Bölməsinə əsasən başqa ölkənin vətəndaşlığını əldə etdikdə vətəndaşlıq hüquqlarını itirirdilər. Bu qanun 2002-ci ildə ləğv edilib, lakin geridə qalan illərə tətbiq edilməyib. Keoq dekabr ayında vətəndaşlığını bərpa etmək üçün müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2730
avatar

Fidan İlqar

Oxşar yazılar