ABŞ-ın Massaçusets ştatında yaşayan qadının bəxti gətirib.
Lent.az-ın xəbərinə görə, qadın cavan ikən 30 dollara aldığı tablonu evində yer tutduğu üçün satışa çıxarıb. Elə həngamə də bundan başlayıb.
Rəsmi qəbul edən antikvariat satıcısı bunu yoxlatmaq qərarına gəlib. Sən demə lüzumsuz hesab edilən əsər məşhur rəssam Albrext Dürerin (1471-1528) orijinal əsəridir. Söhbət “Oturmuş Müqəədəs Məryəm ana və Uşağı gül dəstəsi ilə” adlı əsərdən gedir.
1506-cı ildə çəkilmiş rəsm hərracda 50 milyon dollara satılıb.