İngiltərənin imkanlı ailəsinin varisi - Edvard Mordreyk iki üzlə anadan olub. Bütün tanışlar onun haqqında müsbət fikirdə idilər.
Bu barədə hələ 1896-cı il nəşr olunan «Tibbin anomaliyaları və qeyri-adilikləri» kitabında maraqlı məqamlar dərc edilmişdi:
“Onu görənlər ön tərəfdən üzünün çox yaraşıqlı olduğunu deyirdilər. Ancaq başının arxa
hissəsində yerləşən üzü, əksinə çox çirkin olub. Onun dediyinə görə, gecələr ikinci üzü ona iblisyana sözlər pıçıldayırmış...”.
Hətta onun ön üzü güləndə arxa üzünün kədərləndiyi halları da olub. Edvard 23 yaşında özünü öldürür. İntihardan əvvəl yazdığı məktub tapılır.
Məktubda xahiş edib ki, basdırılmazdan əvvəl onun «İblis üzünü» yox eləsinlər ki, qəbirdə onun dəhşətli pıçıltısı davam etməsin.
Qeyd edək ki, bu patologiya tibbdə «Sraniophagus Parasiticus» adlanır. Belə hallarda bir bədəndə iki siam əkizlərinin kəllə qutusu bitişməyə başlayır.