Britaniya vətəndaşı olan Teddi insanları heyrətləndirir.
Lent.az-ın xəbərinə görə, pandemiya vaxtı 2 yaşında evdə özbaşına oxumağı öyrənib.
İndi 4 yaşı olan uşaq valideynlərini bu günlərdə başqa faktla təəccübləndirib. Uşağın anası onun başqa bir dildə danışdığını görüb. Məlum olub ki, körpə internetdə animasiya filmlərinə baxaraq Çin dilində saymağı öyrənib. Uşaq hazırda ana dili də daxil olmaqla 6 dildə yüzədək saya bilir.
Məktəblər indidən bu vunderkindin uğrunda belə demək mümkünsə mübarizə aparırlar.