2 milyard ulduz haqqında YENİ MƏLUMAT
14 iyun 2022 19:29 (UTC +04:00)

2 milyard ulduz haqqında YENİ MƏLUMAT

 Avropa Kosmik Agentliyi (ESA) Süd yolu (Samanyolu) qalaktikasının dəqiq və tam xəritəsini yaratmaq üçün “Gaia” missiyası çərçivəsində topladığı təxminən 2 milyard ulduz haqqında məlumatları paylaşıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, məlumatlar astronomlara ulduzların doğulması və ölməsi əsasında Süd yolu qalaktikasının illər ərzində necə dəyişdiyini anlamağa kömək edəcək.

Bildirilib ki, ESA-nın 2 milyard ulduzun yaşı, kütləsi, temperaturu və kimyəvi formalaşması ilə bağlı dərc etdiyi yeni məlumatlardan hansı ulduzun başqa qalaktikadan Süd yoluna köç etdiyini müəyyən etmək üçün də istifadə oluna bilər.

  “Gaia” məlumatlarında ulduzlar, eləcə də Günəş sistemindəki planetlər, asteroidlər və digər obyektlər haqqında 800.000-dən çox fayl var.

  Qeyd edək ki, “Gaia” missiyası ilə əldə edilən ulduzlar qalaktikadakı ulduzların yalnız bir faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2781
avatar

Oxşar yazılar