ABŞ-ın Merilend ştatında 124 ilan saxlayan 48 yaşlı kişini onlardan birinin sancması nəticəsində ölüb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ilan həvəskarının yoxa çıxmasını qonşusu görüb. Qonşusu onu çoxdan görmədiyindən pəncərədən baxıb və yerdə uzandığını görüb. Daha sonra təcili yardım çağırıb.
Polislər də evə gələndə kişinin öldüyü məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə 124 ilan, o cümlədən dörd metrlik tünd pələng pitonu tapıblar. Onların hamısı qəfəsdə saxlanılırmış.
Polisin məlumatına görə, kişi bədbəxt hadisə nəticəsində ölüb. Ölümün səbəbi ilan sancması olub.
Heyvanların mühafizəsi xidmətinin nümayəndələri sürünənlərin böyük kolleksiyasını yoxlayıb. Məlum olub ilanların bəziləri saxlanılması qadağan edilən zəhərli növlərə aiddir. Tapılan ilanlar arasında pitonlar, çınqıllı ilanlar (adını quyruğunun ucunda yerləşən çınqıldan almışdır), kobralar və qara mambalar da olub.
Zəhərli olmayan ilanlar Virciniyaya göndərilib, zəhərli ilanlar isə Şimali Karolinadan olan mütəxəssisə təhvil verilib.