51 yaşlı qadın itmiş itini 12 il sonra tapdı.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniyada 51 yaşlı Milli Səhiyyə Xidmətinin işçisi Liz Eldric 2011-ci ilin fevralında itinin oğurlanması barədə polisə müraciət edib.
Çoxlu sayda heyvan sığınacaqlarını gəzsələr də, iti tapmaqları mümkün olmayıb. Nəticədə, 12 ildən sonra Missi şəhər sakini tərəfindən tapıldı. İt dərhal sahibinə qaytarılıb.
Sahibini görən it əvvəlcə qorxduğu üçün ondan uzaqlaşıb:
"Bu, saf sevinc və kədərin qarışığı idi. Çünki Missi dəhşətli vəziyyətdə tapıldı. Aydındır ki, o çox əsəbi və qorxaq idi. Biz onun zəncirləndiyinə və döyüldüyünə inanırıq. Hər yeriyəndə o çox qorxurdu" - sahibi açıqlayıb.