Yusif Güney
12 may 2026 12:33 (UTC +04:00)

Yusif Güney

Yusif Güney ev dustaqlığına buraxıldı

0

Rəqəmsal platformadakı çıxışı zamanı "Ayahuska çayı" haqqında həvəsləndirici ifadələr işlətdiyi üçün həbs olunan müğənni Yusif Güney barəsində yeni məhkəmə qərarı verilib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, müğənninin bəhs etdiyi çayın tərkibindəki DMT maddəsi qadağan olunmuş vasitələr siyahısına daxildir. Bu səbəbdən aprelin 9-da saxlanılaraq məhkəməyə sövq edilən sənətçi barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bu gün keçirilən məhkəmə iclasında Yusif Güneyin ev dustaqlığına buraxılmasına qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar