Zöhrə Abdullayeva od püskürdü: “Bu,  Mətanətin işləridir... ” - QALMAQAL
07 may 2013 11:01 (UTC +04:00)

Zöhrə Abdullayeva od püskürdü: “Bu, Mətanətin işləridir... ” - QALMAQAL

Əməkdar artist Zöhrə Abdullayeva barəsində gəzən şayiələrdən narahat olduğunu söyləyib. Lent. az-a açıqlama verən müğənni deyib ki, barəsində əsassız məlumatları yayanın kimliyindən xəbərdardır: “Belə bir şayiə yayılıb ki, guya, müğənniliyə gəlməmişdən qabaq qatarda bələdçi işləmişəm. Bələdçi işləmək ayıb deyil. Amma bilmirəm ki, bu söz-söhbətlər hardan çıxıb? Birincisi, orta məktəbi bitirən kimi ərə getmişəm. Özü də elə bir oğlana ki, məni  çölə qoymurdu. Həyat yoldaşım  dünyasını dəyişəndən sonra  universitetə daxil oldum. İstəsəniz, bütün sənədlərimi göstərə bilərəm. İkincisi, atam Şuşada Təhsil Şöbəsində  çalışıb, işləməyə ehtiyacım olmayıb.”

 

 

Müğənni daha sonra bu şayiələri kimin yaydığını  söyləyib: “ İkinci adamsız ki, bunu  məndən soruşursunuz. Bu söz-söhbətləri müğənni Mətanət Əsədova  yayıb. Onu məhkəməyə verməyə hazırlaşırdım. Amma o,  məndən üzr istədi. Mətanət  müsahibələrinin birində “ Zöhrəni  bələdçi işləyən vaxtdan tanıyıram”  demişdi. Kim öyrədib onu? Bilirəm ki, bu, onun  yox, onu öyrədənin fikridir. Bu söhbətlər şərəf və ləyaqətimə ləkədir. Çünki qalmaqal edib, kiminsə ittihamlarına cavab verən yaşda deyiləm. Sonda deyim, bilsinlər, bu söhbətin axırınacan gedəcəm”.

 

 

Məsələ ilə bağlı Mətanət Əsədova ilə əlaqə saxladıq. O,  həmkarının ittihamlarına bu cür münasibət bildirdi: “Zöhrə Abdullayeva barədə söhbəti bağlasaq, yaxşı olar, onun barəsində danışmaq istəmirəm ”.

# 2957
avatar

Yalçın UĞUR

Oxşar yazılar