Yeniyetmə qız “Facebook”-dakı statusuna görə məktəbindən 70 min udub
28 mart 2014 07:34 (UTC +04:00)

Yeniyetmə qız “Facebook”-dakı statusuna görə məktəbindən 70 min udub

ABŞ –da 15 yaşlı məktəbli qız Reyli Stretton məhkəmədə  oxuduğu məktəbdən 70 min dollar udub.

 

 

Lent.az-ın “Qazeta.ru”-ya istinadən məlumatına görə, “Daily Mail” bu haqda xəbər yayıb. 

 

Yeniyetmə “Facebook”-dakı səhifəsində müəllimlərindən birinin köməkçisindən zəhləsi getdiyini yazıb. O, bunu məktəbdəki deyil, evdəki kompüterindən edib.

 

Məktəbin rəhbərliyi Strettonu səhifəsinin parolunu deməyə məcbur edərək, onun iştirakı ilə “Facebook”-dakı hesabına baxıblar. Cəza olaraq, o, bir müddət dərsdən uzaqlaşdırılıb.

 

ABŞ Vətəndaşların Azadlığını Müdafiə Birliyi məktəbli qızın adından məhkəməyə şikayət edib.

 

“Məktəb rəhbərliyi Reyli ona görə cəzalandırıb ki, o, bütün uşaqların gördüyü işlə məşğuldur. O, sadəcə dostlarına müəllimindən şikayətlənib. Reyli heç kimi pis işə təhrik etməyib, sadəcə, öz hissini ifadə edib”-deyə, hüquq müdafiə təşkilatı vurğulayıb.

 

# 1391
avatar

Oxşar yazılar