Türkiyədə fəaliyyət göstərən məşhur azərbaycanlı milyoner Mübariz Mənsimov 45 yaşını qeyd edib.
Lent.az-ön Türkiyənin “Milliyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, M. Mənsimov doğum gününü bir neçə yaxın dostu ilə “Bodrumdakı “Hilton” otelində keçirib.
Məşhur milyonerin ad günündə müğənni Hadisə səhnəyə çıxıb və onun üçün oxuyub.
Mətbuat M. Mənsimovun doğum günü partisinə buraxılmayıb.
Qeyd edək ki, ötən il Türkiyə mediasında Hadisə ilə Mübariz Mənsimovun sevgili olmaları barədə xəbərlər yayılmışdı.
Həmin xəbərlərə reaksiya verən müğənni isə bunu təkzib eləmişdi. O, Mənsimovu tanıdığını, otelinin açılışında iştirak etdiyini, onunla danışdığını təsdiqləmişdi: “Hər danışdığım adamla eşq yaşıyacaq deyiləm. Tarkan haqqında da “çox yaraşıqlıdır” dedim, eşq dedi-qoduları çıxdı. Belə bir münasibətim olsa, inanın ki, gizlətmərəm. Çünki evli deyiləm və kiminsə qarşısında da hesabat vermirəm”.