Ötən gün saat 22:00-da “Azad Azərbaycan” telakanalında “Səni axtarıram” verişinin əvəzinə aparıcı Nanə Ağamalıyevanın təqdimatında “Mənə bir az ondan danış” verilişi efirə gedib. Lent.az-ın məlumatına görə, həmin veriliş efir başlayan vaxtda tanınmış aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə maraqlı paylaşım edib: “Dostlar, ANS-ə baxın. Çox gözəl kino gedir. Sadəcə bu həftəlik. Çünki gələn həftə bu vaxt evlərinizin qonağı biz olacağıq. Sizlərin kanalı - yaxınlarının axtarışına çıxan minlərlə insanların ümid yeri ANS-dəyik artıq. Döyüş alnımıza yazılıb. Birlikdə hamımızın kanalı ANS-i izləyək”.
Qeyd edək ki, X.Hidayətqızı “Azad Azərbaycan” telekanalından qalmaqallı şəkildə ayrılaraq ANS telekanalında işə düzəlib. Aparıcı bir neçə gün sonra ANS-də “Xoşqədəmlə axtarıram səni” verilişi ilə efirdə olacaq.