Xoşqədəm ANS-in canlı efirində nələr danışdı? - <span style="color:red;">VİDEO
15 aprel 2015 14:43 (UTC +04:00)

Xoşqədəm ANS-in canlı efirində nələr danışdı? - VİDEO

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ANS-in “Günəbaxan” verilişinin qonağı olub. Lent.az-ın məlumatına görə, aparıcı proqram zamanı ATV-dən ayrılma səbəblərindən və ANS-də işə başlayacağından danışıb: “Bu iki gündə daha da əmin oldum ki, bu dünyada qazanc tamaşaçı sevgisidir. Puldan, zənginlikdən də üstün sizlərsiniz. Nə yaxşı ki, varsınız. Bilirsiniz ki, bu yaxınlarda ANS-də yeni layihəm başlayır. Əminəm ki, tamaşaçılar yenə də məni seçəcəklər. Buna əminəm. Mən bunu sübut edəcəyəm ki, tamaşaçı məni seçib. Çünki Xoşqədəmi seçməsə idi, olmazdı. Mən 5 il öncə bu layihəni yaradan zaman pul barədə düşünməmişəm. Amma bu son iki gündə olanlardan sonra peşman oldum. Gərək elə pulu düşünərdim. 5 il reytinqdə 1-ci olmuşam. Bu, heç dünya təcrübəsində də yoxdur. Yeni layihəm ANS-də davam edəcək. Kim nə deyir desin, davam etdirəcəm. 5 il öncə mümkünsüz deyilən bir işi mümkün etdim. Əlbəttə ki, yaradıb qurandan sonra ona sahib çıxanlar çox olacaq. Əsas odur ki, onu yaradan sizin qarşınızdadır. Dünən də ANS teekanalının rəhbərliyi ilə görüşdüm. Çox sadə insanlardır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Yalçın UĞUR

Oxşar yazılar