Xalq artisti Flora Kərimova bəstəsi Sevinc Tofiqqızına, sözləri deputat Qənirə Paşayevaya məxsus olan “Səni gözləyəcəyəm” adlı mahnısına klip çəkdirir.
Bu barədə Lent.az-a mahnının bəstəkarı Sevinc Tofiqqızı məlumat verib. O, bildirib ki, sözügedən klipdə özü də rol alıb: “Klipdə məndə rol almışam. Bu mənim üçün böyük fəxrdir ki, Flora xanımla eyni klipdə iştirak edəcəyəm. Ekran işi yaxın zamanlarda mediaya təqdim olunacaq. Klipdə əziyyəti keçən rejissoru Nail Naiboğluna, mahnının aranjemançısı Osman Həmidov təşəkkürümü bildirəm”.
Qeyd edək ki, “Səni gözləyəcəyəm” adlı kliplə bağlı bu yaxınlarda mətbuat konfransıda keçiriləcək.