Qeyri - adi geyimləri ilə daim müzakirə olunan stilist Samiraldo (Samir Əliyev) xalq artisti Nisə Qasımova ilə olan yeni layihəsindən söz açıb.
Lent.az-a danışan stilist deyib ki, onların layihəsi sentyabrda yekunlaşacaq. “ Bir müddətdir ki, Nisə xanımla bir foto layihə üzərində çalışırıq. Artıq bu işin yarı hissəsini geridə qoymuşuq. Layihənin mahiyyəti barədə tam açıqlamanı isə işimiz hazır olduqdan sonra mediaya təqdim edəcəyik”.
Qeyd edək ki, xalq artisti boteks əməliyyat etdirib.