Vidadi Bərdəlinin qızı 35 minlik telefonla - <span style="color:red;">VİDEO
15 aprel 2015 10:30 (UTC +04:00)

Vidadi Bərdəlinin qızı 35 minlik telefonla - VİDEO

Müğənni Aytac Vidadiqızı Beynəlxalq Mətbuat Mərkəzində media nümayəndələrini toplayaraq "Bezdim, gəlmə" adlı yeni klipini təqdim edib. Lent.az-ın məlumatına görə, ekran işinin çəkiliş prosesi Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutub. Jurnalistlərin suallarını cavablandıran müğənni sevgidən bəhs edən “Bezdim, gəlmə” adlı  mahnının öz həyatına aid olmadığını deyib: "Mahnının sözlərinin özümlə heç bir əlaqəsi yoxdur. Əslində bu mahnı 4 il əvvəl bəstələnib. Mən heç vaxt şəxsi həyatımdan danışmağı, şəxsi həyatımla gündəmə gəlməyi sevməmişəm. Bu, sadəcə bəyəndiyim əsərdir ki, onu heyranlarıma təqdim etmək istədim".

 

Klipdə müğənninin tərəf müqabilini gürcü model, "Mister Şarm-2013" müsabiqəsinin qalibi Umanço da təəssüratlarını bölüşüb: "Azərbaycanda olmaqdan çox məmnunam. Gürcüstanda klipin çəkiliş prosesinin həyata keçirilməsində orada yaşayan azərbaycanlı Aysel xanım bizə kifayət qədər kömək etdi. Ekran işində rejissora telefonla danışdığım yerdə kadrlar lazım idi. Bir də gördük çox qədimi bir telefon ilə Aysel bizə yaxınlaşdı. Sonradan məlum oldu ki, bu telefonun dəyəri 35 min manatdır. Əsl qızıldan hazırlanmış əntiq saat imiş. Klipdə maraqlı görüntülər var".

 

Qeyd edək ki, mahnının sözləri Nigar Tağıya, musiqisi isə Aytac Vidadiqızının özünə məxsusdur. Klipin rejissoru Elnur Əliyevdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Yalçın UĞUR

Oxşar yazılar