Bu gün müğənni İzzət Bağırov mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, media əhlini bir araya yığan ifaçı sözləri Nizami Gəncəviyə, musiqisi Səfər Məmmədova məxsus “Ey dost” mahnısına çəkilmiş klipi mediaya təqdim edib: “Bu gün bura təşrif buyuran hər kəsə minnətdarlığımı bildirirəm. Sizi bura dəvət etməyimdə səbəb, təqdim edəcəyim klip və yeni albomumun işıq üzü göməsidir. Bu tədbiri daha böyük məkanda edib, daha çox adam çağıra bilərdim. Sadəcə mənə yaxın olan dostlarımı dəvət etmişəm. Elə ən yaxın dostum müğənni Vasif Məhərrəmlinin adını çəkə bilərəm. İllərdir dostluq edirəm. Hətta bu gün tədbirə məndən öncə gəlib. Zəng edib deyir ki, “ay əclaf sən hardasan? Vasif xeyir-duasını verdi. Klipi dostumuz rejissor Nail Naiboğlu ekranlaşdırıb. Mahnının bəstəkarı Səfərə də minnətdarlığımı bildirirəm ki, bu cür bəstəni yazıb. Düşünürəm ki, klip və mahnı da bəyəniləcək".
Daha sonra ifaçı yeni işıq üzü görən albomundan danışıb: “Yeni albomumun adı da “Ey dost”dur. Albomda 16 bəstə yer alıb. Bütün mahnıların hamısı Azərbaycan bəstələridir”.
Xatırladaq ki, “Ey dost” adlı klipin operatoru Emin Hüseynov, prodüser Pərviz Oqtayoğlu, tədbirin təşkilatçısı Tahirə Məmmədqızı, Şahin Cavadsoydur.
Qeyd edək ki, tədbirdə İ.Bağırovun ən yaxın dostları müğənnİ Roza Zərgərli, aktyor Anar Heybətov, təşkilatçı Nərminə Qafarlı və başqaları iştirak edirdi.
Tədbirdən fotoları və "Ey dost" adlı klipi təqdim edirik