Müğənni Elnur Məmmədov və Natavan Həbibi müəllimləri Vaqif Gərayzadə ilə görüşüblər. Lent.az-ın məlumatına görə, iftar süfrəsində bir araya gələn E.Məmmədov müəllimi ilə görüş barədə bu sözləri sosial şəbəkədəki səhifəsində yazıb: “Allah bütün böyüklərimizi, müəllimlərimizi qorusun. Vaqif bəyin sadiq tələbələri Natavan və mən Vaqif bəylə iftar süfrəsində”.
Qeyd edək ki, V.Gərayzadə Aygün Kazımova, Röya Ayxan, Elnarə Xəlilova, Səidə Sultan, Xuraman Şüşalı, Samir Cavadzadə və başqalarının müəllimi olub.