Türkiyənin tanınmış aktyoru Tolqa Karellə ailəli olan azərbaycanlı model Günay Musayeva boşanıb. Lent.az-ın məlumatına görə, bu barədə ”10-lar”a modelin özü danışıb: “Ayrılmaq üçün məhkəməyə müraciət etdim. Evlənməyimiz normal olduğu kimi, boşanmağımız da normal oldu. İndi oğlum, ən sevdiyim insan yanımdadır. Mən belə yaxşıyam. Şəxsi həyatımda ayrılıq olsa da, karyeramda hər şey yolundadır. Yeni təkliflər alıram”.
G.Musayeva onu da əlavə edib ki, boşanandan sonra barəsində şayiə yayılıb: “Boşanandan sonra şayiələr oldu. Hətta köməkçimlə sevgili həyatı yaşadığımı yazıblar. Bu cür şayiələri əsassız sayıram. Sadəcə o, mənim qardaşım qədər çox sevdiyim insandır”.
Qeyd edək ki, G.Musayeva türkiyəli aktyorla 2011-ci ildə ailə qurmuşdu.