Türkiyənin tanınmış aktrisası Türkan Şoray rejissorluğunu etdiyi ”Uzaqlarda arama” filminin Bakıda qala gecəsinə qatılıb.
Lent.az-ın məlumatına görə, Yunus Emre İnstitutunun təşkilatçılığı ilə paytaxtımıza təşrif buyuran tanınmış aktrisa təqdimat mərasiminə qızı Yağmur Ünalla birgə gəlib. Qala gecəsində aktrisanın övladı ilə yanaşı filmin yaradıcı heyəti iştirak edib.
T.Şoray Azərbaycanda olduğuna görə, özünü məmnun hiss etdiyini deyib: “Azərbaycanı çox sevirəm. Bilirəm ki, burada da məni çox sevən insanlar var. Bunu Bakıya hər səfərimdə hiss edirəm. Rejissoru olduğum bir filmi bu gün təqdim etdik. Düşünürəm ki, Azərbaycan tamaşaçısı bu filmi bəyənəcək”.
Qeyd edək ki, ssenari müəllifliyi Onur Ünlüyə məxsus olan film dramatik komediya janrındadır.
Yalçın Uğur