Tünzalə Ağayeva şou-biznesə yeni  müğənni gətirdi
30 iyun 2014 13:28 (UTC +04:00)

Tünzalə Ağayeva şou-biznesə yeni  müğənni gətirdi

Bu gün əməkdar artist Tünzalə Ağayeva “Qovuş ona” adlı mahnısının klipinin təqdimatını keçirib. Lent.az-ın məlumatına görə, T.Ağayeva əvvəlcə yaradıcılığındakı yenilikdən danışıb: “Bu gün mənim jurnalistlərlə görüşüm əbəs yerə deyil. Çünki şou-biznesə yeni qədəmlərini qoyan Suğra Əsgərli ilə birgə ifa etdiyim “ Qovuş ona” mahnımı və klipimi təqdim edirəm. Ekran əsəri Türkiyədə, Taksim meydanında, Sultan Əhməddə çəkilib. Klip  “Youtube” kanalında yayımlanacaq. Klipdə istifadə etdiyim libaslar isə Gülnarə Xəlilovaya məxsus idi”, - deyən müğənni daha sonra hər kəsi ekran əsərinə baxmağa dəvət edib.

 

 

Klip nümayiş olunduqdan sonra müğənni öz təəssüratlarını bölüşüb: “Düşünürəm ki, bu mahnı və klip bizləri ayrı bir dünyaya apardı. Duet ortağımızla işlərimiz bununla yekunlaşmır. İnşallah daha böyük layihələrimizlə bizi sevənlərin qarşısına çıxacağıq.

 

Xatırladaq ki, klip çəkilişlərində helikopterdən də istifadə olunub.

 

 “Qovuş ona” adlı bəstənin sözləri Suğra Əsgərli, musiqisi Tunzalə Ağayevaya məxsusdur. Klipin rejissoru Tailan Gülər, operatoru Murat Bayrakoğludur.

 

 

T,Ağayevanın “Qovuş ona” adlı klip təqdimatından olan şəkilləri və klipi təqdim edirik.

 

 

Fotolar müəllifə məxsusdur. 

# 2495
avatar

Yalçın UĞUR

Oxşar yazılar