Əməkdar artist Almaz Ələsgərli qızlarının yeni fotolarını sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı qızlarının şəklinə “Mənim canlarım” şərhini yazıb.
Xatırladaq ki, A.Ələsgərlinin 2 qızı var. O, böyük qızının İsveçrədə oxuduğunu, tibb bacısı olduğunu bildirib. Digər qızı isə Bakıda yaşayır və turizm sahəsində çalışır.
Qeyd edək ki, əməkdar artist qızları barədə danışmayacağını və tövbə etdiyini deyib: “Şəxsi həyatla bağlı suallara cavab verməyəcəm. Uşaqlarımla və şəxsi həyatımla bağlı suallara cavab verməyəcəm. Buna tövbə etmişəm. Yetər! Çox dəyişilmişəm. Yaşa dolduqca insan müdrikləşir. Demirəm əvvəl müdrik olmamışam. Əvvəl də müdrik olmuşam, hər şeyi düz etmişəm. Yaşadıqlarıma peşman deyiləm. Keçmiş olmasaydı indi də olmazdı”.