Prodüser Tolik (Tarix Əliyev) müğənni Röya Ayxanın cavabını verib. Lent.az-ın məlumatına görə, prodüser öz İnstagram səhifəsində Röyanın “10-lar” verilişində olan müsahibəsinin videosunu paylaşaraq görüntünün altından bu sözləri yazıb: “Röya, məndən şikayət edəcəksən. Canın sağ olsun. Elə görüm, hansı qanunla mənim ağzıma qıfıl vuracaqlar? Bunu səmimi qəbul edin, Röya. Vallah, mən sənin nömrəni yığanda “qurban olum” deməmişəm”.
Prodüser sonra yenə Röyaya dair status paylaşıb: “Hörmətli Röya! Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə, hər bir vətəndaşın söz azadlığına ixtiyarı var. Heç bir dövlət qurumu buna qadağa qoya bilməz (əgər orada təhqir yoxdursa). Ona görə də nəzərinizə çatdırıram ki, sizin qədər respublikada tanınmış sima olduğum üçün, sizin və digər müğənnilərin sənətini müzakirə etməyə ixtiyarım var”.
Mən Royanın bu "süd" məsələsini elə Röyanın özü kimi qəbul edirəm. Çünki həyatda olanda heç Royanın “fundamenti” (təməli) qoyulmamışdı. Bir də ki, gör sözüm necə kəsərlidir ki, hətta səni dilə gətirdi. Allah mənə ömür versin, elə sənə də. Amma sən özün demişkən “senin kimilər haqqında danışacam. Çünki sən heç kimdən artıq deyilsən. Səndən fərqli olaraq mənim danışığımda heç olmasa bayağılıq yoxdur. Bir az da vaxtın olanda, şikayət edəndə fikirləş ki, mən də beş ay qabaq şikayət etsəydim, görəsən bu gün kim harada idi...”