Xalq artisti İlhamə Quliyevanın müğənni Vasif Məhərrəmliyə titul verməsinə prodüser Tolik (Tarix Əliyev) münasibət bildirib. Lent. az-ın məlumatına görə, prodüser İnstagram səhifəsində İ. Quliyevanın şou-biznesdə verdiyi titullara bu cür münasibət bildirib: “İndi burda iki kəlmə yazacam, deyəcəklər ki, nə oldu bəs bir ay qabaq dost idiniz? Vallah mən anlamıram bu qadın zaqsda işləyir, ad verir? Yoxsa...Amma istəyərdim bizə öz adlarından danışsın. Bizə DAK-dan danış, mənə bir az Təhminədən danış. Bunun verdiyi adlarla özlərini təqdim eləyənlər elə özləri də “kitayetskidir””.
Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva bir çox şou nümayəndələrinə titul verib. Müğənni Natavan Həbibiyə “Prinsessa”, Röyaya “Şou-biznesin kraliçası” , Nazpəri Dostəliyevaya “Şərqin nazlı pərisi” verib. Lakin sonuncu onun tituldan imtina edib.