Xalq artisti Teymur Mustafayev ötən gün ad gününü qeyd edən müğənni Roza Zərgərliyə "eşq elan edib". Lent.az-ın məlumatına görə, Teymur əmi verilişlərin birində Rozanın şərəfinə muğam oxuyub: “Mən Rozanı çox sevirəm. 75 milyonluq Türkiyənin Demet Akalını varsa, 9 milyonluq Azərbaycanın Roza Zərgərlisi var. Bu gün sənin ad günüdür. Bu münasibətlə səni təbrik edirəm. Qoy bilsinlər ki, mən bu qadını sevirəm”.