Gənc müğənni Günay İbrahimli ilə qalmaqallı prodüser Təranə Səmədova işbirliyinə son qoyublar. Lent.az-ın məlumatına görə, buna səbəb tərəflərin arasında yaşanan mübahisələrdir.
Əldə etdiyimiz məlumata görə, son zamanlar Günay və Təranə məclislərdə birgə görünməsələr də rəsmən ayrıldıqlarını təsdiqləmirdilər. Lakin bu gün məlum oldu ki, bu gün onların arasında daha bir mübahisə baş verib və onlar yollarını ayırıblar.