Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, məşhur türk müğənni ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirib. Əməliyyat təxminən 5 saat davam edib. Bu barədə İ.Tatlısəsin meneceri Eyyub Kanat sosial şəbəkə hesablarından birində yazıb.
“İbrahim Tatlısəsin girdiyi əməliyyat uğurla başa çatıb. Səhhəti yaxşıdır. Zəng edib maraqlanan, xoş arzularını və dualarını çatdıran bütün dostlarımıza, sevənlərə təşəkkür edirik”, – deyə Eyyub Kanat bildirib.
Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu.