Müğənni Günay İbrahimli Yeni Azərbaycan partiyasının sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədova müraciət edib. Lent.az - ın məlumatına görə, bu gün YAP - ın gənclər günü ilə bağlı keçirdiyi tədbirdə müğənni tədbirdə iştirak edən Ə. Əhmədova partiyaya üzv olmaq istədiyini bildirib.
“Mən çox arzu edirəm ki, YAP üzvü olum”. Müğənninin bu sözü Ə. Əhmədov və tədbir iştirakçıları tərəfindən alqışlanıb.
G. İbrahimli Lent.az-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü partiyasıdır: “Bu səbəbdən də YAP-a üzv olmaq istəyirəm”.