Türkiyədə tanınmış müğənnilərdən olan İrəm Dərici xəstəxanaya yerləşdirilib. Lent.az-ın məlumatına görə, həkim müayinəsindən sonra məlum olub ki, ifaçının 39 dərəcə qızdırması var. Həkimlər İ.Dəricinin müalicə olunmasının vacib olduğunu deyiblər.
Müğənni xəstəxanada çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, İ.Derici ifa etdiyi “Kalbimin tek sahibine”, “Zorun ne sevgilim”, “Bensiz yapamazsın”, “Nazende sevgilim” kimi mahnıları ilə məşhurlaşıb.