Türkiyənin tanınmış müğənnisi Kutsi ikinci dəfə evlənməyə hazırlaşır. Lent.az-ın Gecce.com-a istinadən verdiyi məlumata görə, bu barədə ifaçının aktrisa sevgilisi Feyza Çıpa deyib. Çıpa jurnalistlərin “Toy nə vaxtdır” sualına belə cavab verib:
“Ailə qurmağa qərar vermişik, amma hələ hazırlıqlara başlamamışıq. Yayda toy edəcəyik”.
Qeyd edək ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Çıpaya görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.
Tanınmış müğənni ikinci dəfə evlənir
0
0
0
0