Türkiyənin “TRT” telekanalının simalarından olan tanınmış diktor Məsud Mertcanın qocalar evində yaşadığı məlum olub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 2 övlad atası olan tanınmış aparıcı bildirib ki, təxminən 3 aydır ki, qocalar evində qalır. “Kanaltürk” telekanalında yayımlanan "Söngül Karlı ilə" verilişində çıxış edən M.Mertcan həyatının son 3 ilini ömründən saymadığını deyib.
Qeyd edək ki, M.Mertcan 1980-ci il sentyabrın 12-də Türkiyədə baş vermiş hərbi çevrilişi televiziyadan insanlara çatdıran ilk aparıcı olub. Bundan əlavə o, radioda da çalışıb.