Tanınmış aktyor vəfat etdi
30 yanvar 2015 23:09 (UTC +04:00)

Tanınmış aktyor vəfat etdi

Türkiyənin "Yeşilçam" dövrünün məşhur aktyoru Hakkı Kıvanç dünyasını dəyişib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə,  bu haqda müğənni Onur Akay öz Tvitter səhifəsində məlumat verib. Akay profilində "bir müddətdir mədə xərçəngi ilə mübarizə aparan Hakkı Kıvançı itirdik. Sevənlərinə və ailəsinə başsağlığı verirəm" yazıb.

 

Qeyd edək ki, 84 yaşında vəfat edən sənətçinin 50-ci illərdə kiçik rollarla başladığı karyerası sonradan yüzlərlə filmlə davam edib. O, ən son "Arka sokaklar", "Kalp gözü" kimi seriallarda da rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar