Son günlər keçmiş həyat yoldaşı Tom Kruzun dostu Ceymi Foksla adı hallanan aktrisa Keti Holms alış-verişə gedərkən görüntülənib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, saçlarını daramadan yuxarıdan yığan, makiyajsız və sadə geyimdə olan Holmsu yolda görənlər tanımayıb.
Lakin paparazzilərin gözündən qaçmayan Holms alış-verişdən sonra avtomobilə minərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, K.Holms və T.Kruz 2006-2012-ci ildə ailəli olublar. Onların Suri adlı qızları var. Keti Ceymslə 2013-cü ildən görüşməyə başlayıb.