Türkiyənin tanınmış aktrisası Filiz Akın xəstəxanaya yerləşdirilib.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ötən gün qəflətən hərarəti yüksələn aktrisaya həkimlər ilkin yardım ediblər. Dərmanlar qəbul edən aktrisa özünə gəldikdən sonra açıqlama verib: “Dostlar, qorxmayın. Sadəcə qızdırmam oldu, boğazım şişdi. Sistem köçürdülər”.