Əməkdar artist Tahir İmanov yeni yaranan KVN komandalarından danışıb.
Axşam.az-ın məlumatına görə, "Səbəbkar" verilişinə açıqlama verən aktyor "Bu şəhərdə"ni özlərinə rəqib görmədiyini deyib:
"Bu gün korifey sənətkarların iştirak etdiyi köhnə tamaşalara gülürəm. Bizim bu sahədə böyük keçmişimiz olub. Səhnədə olarkən Bəhramla Cabirin (aktyor Bəhram Bağırzadə və Cabir İmanov - red.) improvizələrinə gülürəm. Bizim aramızda fərq yoxdur. Aleksandr Vasilyeviç Maslyakovun məktəbini keçmişik. Biz KVN məktəbi bitirmişik, indiyənə kimi də bu prinsiplərlə çalışırıq: mənalı zarafatlardan, yumordan, satiradan istifadə edirik. Bu gün verilişlərdə bayağı yumora çox üstünlük verirlər. Yeni komandaların bizim qədər tamaşaçını ələ alması üçün onlara mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi "frontmen" - əsas aktyor lazımdır. KVN komandasının vizit-kartı Bəhram Bağırzadədir.
"Bu şəhərdə" bizim rəqibimiz deyil. Bizim rəqiblərimiz Moskvada qalıb. Əvvəl konsertlərinə getmişəm, son zamanlar yox".

Tahir İmanov: "Bu şəhərdə" bizim rəqibimiz deyil"
Oxşar yazılar

Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58
Aşıq Əhliman insult keçirdi
8 iyul 2025 , 22:35