Fransada “Samanlıqda iynə axtarmaq” şousu gerçəkləşib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, şouya bu dəfə İtalyanın tanınmış şoumeni Sven Saksalber qatılıb. O, Parisdə muzeyin içinə tökülən samanının içindən iynəni nə az, nə çox 2 gün axtarmalı olub.
S.Saksalber şou barədə öz təəssüratlarını da bölüşüb: “Əslində bu şouda axtardığım iynə, həyatdan qazanmaq istəklərimiz kimi çətindir. Demək olar ki, bu iynə həyatda axtardıqlarımın bir rəmzidir".
Qeyd edək ki, italyan sənətçi iynə axtarmaqdan əvvəl, şounun formatına uyğun olaraq, bir inəklə 24 saat bir mənzildə qalıb.