Şölə Anar Nağılbaza “Sənsən” dedi
13 sentyabr 2013 18:35 (UTC +04:00)

Şölə Anar Nağılbaza “Sənsən” dedi

Bu gün reper Anar Nağılbaz və müğənni Şölə Səfərəliyeva ifa etdikləri “Sənsən” mahnısına çəkilmiş  klipin təqdimatını keçiriblər. Lent. az-ın məlumatına görə,  müğənni Ş. Səfərəliyeva  Anarla duet oxuduğuna görə şad olduğunu bildirib: “Həmişə Anarla duet oxumaq istəyirdim, bu, mənimçün bir xəyal idi. Onunla birgə mahnı ifa etmək istəyimin tarixçəsi isə 1996 - cı ildən başlayır. Xatırlayıram, o vaxt repin daha çox dinlənən vaxtları idi, fikirləşirdim ki, görəsən, onunla duet oxuya bilərəm? O vaxt qrupda idim, solo oxumurdum. Çox şükür ki,  gözlədiyim gün gəldi. Mahnının musiqisi Anar Nağılbazın, sözləri  Mister Babanındır, həm də rejissorudur.

Ekran işi Lahıc və İsmayıllıda letnə alındı. Lakin klip çəkilən gün Anar Nağılbaz işi olduğuna görə bizimlə İsmayıllıya, Lahıc gedə bilmədi. Məhz buna görə də Anar olan hissəni paytaxtdakı parkların birində çəkdik. Düşünürəm ki, bu işimiz düşərli olacaq və növbəti uğurlu proyektlərə imza atarıq”.

 

 

Sonra Anar Nağılbaz da klipdən danışıb: “Hazırda Azərbaycanda bayağı, qulağı yoran musiqilər bol olduğuna görə Şölə ilə bu mahnını yazdırmaq qərarına gəldik. Fərqli bir duetdir. Arenbi janrındadır. Düşünürəm ki, tamaşaçıların zövqünü oxşayacaq, layihələrimiz davamlı olacaq”.

 

 

Qeyd edək ki, tədbirə dəvətli olanlardan əməkdar Lalə Məmmədova gələ bilmədiyi üçün gül dəstəsi göndərmişdi, müğənnilərdən Samira Allahverdi və Elnarə Xəlilova isə iştirak edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Yalçın UĞUR

Oxşar yazılar