“Keçirtdiyim əməliyyatdan sonra, özümü yaxşı hiss etmirəm”. Bu sözləri Lent.az-a müğənni Sevda Sonalıyeva deyib. O, səhhətində yaranan problemlərlə bağlı paytaxtı tez-tez tərk etdiyini söyləyib: “Avqustda keçirdiyim riskli əməliyyatdan sonra həkimlər mənə müayinə olunmağım üçün Türkiyəyə getməyimi lazım bildi. Elə buna görə də bu ay bir neçə dəfə Türkiyə getmişəm. Həkimlər dərmanlar yazıblar. Artıq səhhətimə diqqət edirəm.
Müğənni bildirib ki, səhhətində yaranan problemlər yaradıcılıq işlərinə də təsir edib: ”Hər şeyə görə Allaha şükür edirəm. Naşükür deyiləm. Amma səhhətimdə yaranan problemlər mənim yaradıcılıq planlarıma təsirsiz ötüşmədi. Bir neçə layihəni sentyabrda gerçəkləşdirəcəkdim, amma pis olmuram, işlərimi gec də olsa təqdim edəcəm”.
Qeyd edək ki, S. Sanaliyeva avqustun 2-də əməliyyat olunub.