Şərq ulduz falı (14-19 aprel)
14 may 2013 03:49 (UTC +04:00)

Şərq ulduz falı (14-19 aprel)

 

Bu həftə OĞLAQLAR üçün müvəffəqiyyət şüarı altında keçəcəkdir. Pulla bağlı bütün problemlərinizi həll edəcəksiniz. Bu bürcün bəzi nümayəndələrinin biznesdə bəxti gətirəcək, bəziləri yaxşı qazanc mənbəyi tapacaq, bəzilərinin də ya məvacibi artırılacaq, ya da sanballı pul mükafatı alacaqdır. Sonradan başınızı dizinizə döymək istəmirsinizsə, planlarınızdan heç kəsə danışmayın. Əks halda onların üstündən yağlı xətt çəkə bilərsiniz.

DOLÇALAR bu həftə tənbəlliyin daşını ətəklərindən töküb bütün vacib işlərini başa çatdırmalıdır. Bu məsləhətə tam ciddi yanaşmağa çalışın, çünki üzərinizə düşən öhdəlikləri yerinə yetirməsəniz, saysız-hesabsız problemlərlə üzləşəcək, başınızı itirdiyiniz üçün səhvi səhv dalınca buraxacaqsınız. Şəxsi münasibətlərdə də umu-küsülər və gərgin anlar istisna deyildir. Problemlərinizdən qurtulmaq üçün ağlabatan kompromis tapmağa çalışmalısınız.
BALIQLAR bu həftə dünyaya yenə də çəhrayı eynəkdən tamaşa edəcəklər. Əslində, vaxtaşırı olaraq sizi öz əsirinə çevirən düşüncə və fantaziyalarınız özünüzdən başqa heç kəsə maraqlı və perspektivli görünmür. Odur ki, yaxınlarınız və həmkarlarınızla aranız dəysə, əsla təəccüblənməyin. Çalışın ki, başqalarının çaldığı ilə oynamayasınız, çünki bu həftə böyük nüfuz sahibi olan güclü bir insanın sizi öz iradəsinə tabe etdirmək ehtimalı güclüdür. Onun sözü ilə durub-otursanız, ətrafınızdakı insanlarla münasibətlərinizi daha da korlayacaqsınız.
QOÇLARIN daxilində tam harmoniya hökm sürəcəkdir. Bu həftə istəkləriniz imkanlarınızla vəhdət təşkil edəcək, yaxud imkanlarınız istəklərinizi gerçəkləşdirməyə yaşıl işıq yandıracaqdır. Ulduzların sizə bəxş edəcəyi bu gözəl dövrü nəyə sərf edəcəyiniz barədə yaxşı-yaxşı düşünüb qərar qəbul etməlisiniz. Əslində, bütün həyatınız məhəbbət üzərində qurulubdur. Bu həftə eşq-məşq məsələlərində ən ümdə arzularınız sanki sehrli çubuğun hərəkəti ilə həyata keçəcəkdir.
BUĞALAR nə gözlərinə inanacaqlar, nə də qulaqlarına. Uzun illər əldə etməyə çalışdığınız informasiya bədahətən gözünüz qarşınızda “bitəcəkdir”. Başlıcası zirək tərpənib təşəbbüskar olmaqdır. Onda nəinki eksklüziv informasiyalar əldə edəcək, hə də yaxşı pul qazana biləcəksiniz. Bu günlər şəxsi həyatınızda da yeni dönəm başlayacaq, sürprizlərlə qarşılaşacaqsınız. Amma bu sürprizlər indiyədək könül dostunu tapa bilməyənlərin payına düşəcəkdir.
ƏKİZLƏR nüfuzlu adamları əməkdaşlığa cəlb edə bilsələr, işlərində uğur qazanacaqlar. İşgüzar həyatınız xeyli canlanacaq, yeni-yeni əlaqələr gələcək karyeranızın təməlini qoyacaqdır. Sizdən yalnız tələsmədən ciddi qərarlar qəbul etmək tələb olunur. Çətinliklərin əhval-ruhiyyənizi korlamasına və əlinizi işdən soyutmasına imkan verməyin. Çətinliklərin üzünə gülməyi bacarsanız, sonuncu gülən siz olacaqsınız.
XƏRÇƏNGLƏR bütün işlərində dostlarına və qohumlarına güvənməlidirlər. Onların yardımı olmadan işləriniz yağ kimi gedə bilməz. Gündəlik qayğılarınızın böyük bir hissəsi arxa plana keçəcəkdir. Hadisələrin uğurlu gedişatı sayəsində bu həftə gizli istedadlarınız qabaracaq, xidməti vəziyyətinizə münasibətiniz büsbütün dəyişəcəkdir. Çox güman, fəaliyyət sahəsini dəyişdirmək niyyətinə düşəcəksiniz.
ŞİRLƏR cəsarətlə irəli! Bu həftə sizin üçün ən uğurlu həftələrdən biridir. Nüfuzunuz qat-qat yüksələcəkdir. Bunun üçün təşəbbüsü ələ alıb yeni təklifləri rəhbər tutmalı və üzərinizə əlavə məsuliyyət götürməlisiniz. Nəticədə həm şəxsi, həm də peşəkar reytinqiniz xeyli yüksələcəkdir. Ətrafdakılar nailiyyətlərinizi yüksək qiymətləndirəcək və sizin təcrübənizdən mütləq yararlanacaqlar. Nəticədə işləriniz asta-asta da olsa, irəliləməyə başlayacaqdır. Yetər ki, siz özünüzə inam hissini itirməyəsiniz.
QIZLARA işlərini yenidən qurmaq, güclərini səfərbər etmək üçün əlverişli imkan veriləcəkdir. Nəzərdə tutduğunuz hər şeyə nail olacaqsınız. Bu günlər əhval-ruhiyyənizi və planlarınızı pozmağa heç kəsin gücü çatmayacaqdır. Yorucu işlərin öhdəsindən səbir və hövsələ ilə gələcəksiniz. Həftənin yorğunluğunu istirahət günlərində təbiətin qoynuna seyrə çıxmaqla çıxaracaqsınız.
TƏRƏZİLƏR düşüncələrinin real cizgilər almasına ümid bəsləyə bilərlər. Çox güman, çoxdan “pas atmış” planlarınız bədahətən həyata keçəcəkdir. Gələn həftə bir çoxlarınız daha fəal olduqlarını və yaradıcılıq potensiallarının artdığını hiss edəcəklər. Unikal işləmək əzminiz sayəsində dağı-dağ üstünə qoymaq iqtidarındasınız. Müdiriyyətin tapşırığının öhdəsindən bacarıqla gələcəksiniz. Sağdan-soldan səslənən təriflər qoltuğunuzun altını şişirməsin. Unutmayın ki, ağac bəhər verdikcə, başını aşağı salar.
ƏQRƏBLƏRİN peşəkarlıq fəaliyyəti, yaradıcılıq axtarışları ilə bağlı ümidləri gerçəkləşəcəkdir. Ehtiyatı əldən verməyin, çünki diqqətsizliyiniz ucbatından işləriniz baş-ayaq gedə bilər. Həmkarlarla aranızı pozmamaq üçün ciddi qərarlar qəbul etməyə hazır olun. Problemlər şəxsi münasibətlərdə də özünü göstərə bilər. Amma təmkininizi pozmasanız, məsələ gedib münaqişə həddinə çatmayacaqdır. Bəzən dərinə gedib kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmamaq daha məqsədəuyğundur.
OXATANLAR işdə bütün səy və təşəbbüslərini gerçəkləşdirə biləcəklər. Bunun üçün vaxtınızı səmərəli bölüşdürüb təşkilatçılıq qabiliyyətinizi ortaya qoymalısınız. Gördüyünüz işə ciddi yanaşmağınız gözəl bəhrə verəcək, ən başlıcası isə rəhbərlik və yaxınlarınız tərəfindən ən yüksək təriflərə layiq görüləcəkdir. Sizə dəyər verən insanlar nailiyyətlərinizlə qürur duyacaqlar. 

AzərTAc

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2504
avatar

Oxşar yazılar