Bir müddət öncə solo ifaçılığa başlayan xalq artisti Səməd Səmədovun 15 illik duet ortağı Sevda Rzayeva ailə fotolarını sosial şəbəkədə paylaşıb. Lent.az-ın məlumatına görə, oğlu və nəvələri ilə “Baku 2015” Avropa Oyunlarını izləməyə gedən ifaçı bildirib ki, oğlu bütün yarışları izləyir: “Oğlum Avropa Oyunlarının heç birini buraxmadı. Hamısını seyr etdi”.
Qeyd edək ki, S.Rzayevanın Azad adlı bir oğlu və iki nəvəsi var.