Xalq artisti Səməd Səmədov musiqisi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan “Səni uzaqlardan sevmək də xoşdur” mahnısını təqdim edib. Lent. az-a bu barədə mahnının bəstəkarı məlumat verib: “ Mahnını Osman bəy aranjeman edib. Bu, Qənirə xanımın şerinə bəstələdiyim ikinci mahnıdır. Hələ davamı da var. Bundan sonra mən Qənirə xanımın bir çox şerlərinə musiqilər bəstələməyi düşünürəm. Mahnını Səməd Səmədov gözəl ifa edib”.
Səməd Səmədov isə mahnı haqqında bunları deyib: “ Bu, bəstəkar Sevinc Tofiqqızı ilə ilk işimdir. Çox şadam ki, bu mahnını oxumuşam. Bu ifama özüm qulaq asanda korifey sənətkarımız Mirzə Babayevi xatırladım”.