Ötən ay Çində keçirilən “Miss Millenium” model yarışmasında 2-ciliyi qazanan Validə Abbasovanın etdiyi fotosessiya müzakirəsiz ötüşməyib. Lent.az-ın məlumatına görə, sosial şəbəkənin aktiv istifadəçilərindən olan model yeni şəkillərinə görə “facebook” və “instagram” səhifəsində tənqid atəşinə tutulub.
Qeyd edək ki, V. Abbasovanın ötən ay yarışdığı “Miss Millenium” müsabiqəsinin qalibi internet vasitəsi ilə səs verməklə müəyyənləşdirilib.