Müğənni Səidə Sultan sözləri Leyli İsrafilova, musiqisi Hakan Erola məxsus olan “Hərdən arada” mahnısına klip çəkdirib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, klip Almaniyada lentə alınıb: “İfa etdiyim “Hərdən arada” mahnısına Almaniyanın Köln şəhərində klip çəkilişini etdik. Ekran işinin rejissoru Mr.İsmayılov, operatoru isə Luigi Cassaro idi. Klipin ərsəyə gəlməsində zəhməti keçən Almaniyada yaşayan həmvətənlərimiz Zaur Məmmədov, Seilan Məmmədov və ekran işində əsas obrazı oynayan Elşən Atayaroğluna öz minnətdarlığımı bildirirəm. Fərqli bir klip ərsəyə gəldiyini deyə bilərəm”.