“Eurovision-2012” təmsilçimiz Səbinə Babayeva yeni klip çəkdirib. Vaxtilə "Karvan" qrupunun ifa etdiyi "Azərbaycanım" adlı mahnını yenidən gündəmə gətirən müğənni Lent.az-a açıqlamasında artıq çəkilişlərin bitdiyini və klipin yaxın zamanlarda təqdim olunacağını bildirib.
Qeyd edək ki klip Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ekranlaşdırılıb. Klipin rejissoru Vüqar İslamzadədir. Müğənninin imici üzərində modelyer Günel Behbudova və vizajist Kristina çalışıb.
Bundan əlavə klipin 3D rəssamları Riyad Qasımov, Vuqar Celilov, operatoru Zaur Seyidov ,montajçısı isə Fuad Quliyevdir. Klip oktyabrın sonunda təqdim olunacaq.