<span style="color:red;">Samiraldo:  "Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar"
07 avqust 2014 12:12 (UTC +04:00)

Samiraldo: "Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar"

“Deyə bilmərəm ki, mən də döyüşə gedərəm. Gedə bilmərəm. Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar”. Lent.az-ın xəbərinə görə, bu sözləri “qafqazinfo”-ya açıqlamasında stilist Samir Əliyev (Samiraldo) söyləyib.

 

Cəbhə xəttində yaranmış gərginliklə bağlı danışan stilist şou-biznesdən uzaqlaşdığını və yalnız cəbhədə baş verənlərlə maraqlandığını bildirib: “Şou-biznesdən uzaqlaşmışam, artıq məni maraqlandırmırlar. Kimin nə geyindiyi, nə etdiyini izləmirəm. İndi daha böyük dərdimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq bir həftədir kədər içindəyəm. Yalnız cəbhə ilə bağlı xəbərləri izləyirəm. İki saatdan bir internetə girib xəbərləri oxuyuram, televiziyada cəbhə ilə bağlı süjetləri izləyirəm. Mən ürəyiyumşaq, qəlbiqırıq insanam. Ölü görəndə hönkür-hönkür ağlayıram. Əsgərlikdə olmamışam. Yalandan deyə bilmərəm ki, mən də döyüşə  gedərəm. Yalandan özümü gözə soxmayacam. İnanın ki, sosial şəbəkələrdə şəkil paylaşmağa da utanıram. Dua edirəm ki, hər şey yaxşı olsun, Allah əsgərlərimizi qorusun. Onların səyi nəticəsində biz Azərbaycanda rahat yaşayırıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar