Samiraldo: “Onun nə sənəti, nə də səhnə görünüşü var”
05 mart 2013 10:09 (UTC +04:00)

Samiraldo: “Onun nə sənəti, nə də səhnə görünüşü var”

“Elariz Məmmədoğlu saç əkdirib,  göz ətrafı qırışlarını əməliyyat yolu ilə yox etdirib ”. Bunu Lent. az-a  daim qalmaqallı açıqlamaları və qeyri - adi geyimləri  ilə gündəmdə olan stilist Samir Əliyev (Samiraldo) deyib. O, Elariz Məmmədoğlunun  “Şou-biznesdə bəzi kişi  həmkarlarımın dodağını  şişirtməsinə  pis baxıram” fikrinə münasibət bildirib: “Onunla  razı deyiləm.   Şou-biznesin öz qanunları var. Əgər o, bu qanunlara riayət edə bilmirsə, getsin başqa işlə məşğul olsun.   Bu, o  Elarizdir ki, tük əkdirib, saçına boya qoyub. O, hətta göz ətrafı qırışlarını da aradan qaldırıb. İnanmayanlar gedib,  onun keçmiş videolarına baxa bilərlər. İnsan əvvəlcə özündən danışmalıdır. Onun nə sənəti, nə də səhnə görünüşü var.”

 

Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu bizə açıqlamasında “Başa düşə bilmirəm,  əsil kişi dodağını niyə ayrı formaya salmalıdır axı ? Sənət adamı özünə, görünüşünə diqqət yetirməlidir. Amma bu qədər də olmaz ... Kişinin burun əməliyyatı etdirməsinə, saç əkdirməsinə normal baxıram. Dodaqlara gələndə, bu, sadəcə, biabırçılıqdır”, - deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1907
avatar

Yalçın UĞUR

Oxşar yazılar