Röyanın qardaşı nakam sevgidən danışdı
25 mart 2015 11:40 (UTC +04:00)

Röyanın qardaşı nakam sevgidən danışdı

Müğənni Röya Ayxanın qardaşı, gənc ifaçı İsmayıl Nəcəfov yaradıcılıq işindən danışıb. Lent.az-a açıqlama verən İ.Nəcəfov deyib ki, ifaçılıq fəaliyyətində iddialıdır: “Bir neçə yeni mahnılar üzərində çalışıram. Müğənniliyə iddialıyam. Buna görə də üzərimdə çalışıram. “Aşk beni sevmədi” adlı Türk mahnısını lentə aldırmışam. Bəstənin seviləcəyinə inanıram. Bəstə nakam sevgidən bəhs edir. Akustik versiyada olan mahnını xeyli müddət idi ki, hazırlayırdım. Nəhayət, aranjeman işi bir neçə gün olar, tamamlandı. Düşünürəm ki, bəyəniləcək. İşlərim bununla bitmir. Bir neçə yeni mahnılar da ifa etmişəm. Bir müddət sonra təqdim edəcəyəm”.

 

İ.Nəcəfovun ifasında “Aşk beni sevmədi” adlı mahnını təqdim edirik. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Yalçın UĞUR

Oxşar yazılar